Warning: simplexml_load_file(http://www.cbar.az/currencies/18.10.2018.xml) [function.simplexml-load-file]: failed to open stream: HTTP request failed! HTTP/1.1 503 Service Temporarily Unavailable in /home/content/46/7879846/html/azpress/includes/DefaultPage.php on line 874

Warning: simplexml_load_file() [function.simplexml-load-file]: I/O warning : failed to load external entity "http://www.cbar.az/currencies/18.10.2018.xml" in /home/content/46/7879846/html/azpress/includes/DefaultPage.php on line 874
Almaniyada Xocalı faciəsinə həsr olunmuş pantomima tamaşası nümayiş etdirilmişdir -

Almaniyada Xocalı faciəsinə həsr olunmuş pantomima tamaşası nümayiş etdirilmişdir

Fevralın 24-də “Palais am Restugsgraben” salonun səhnəsində “Almaniyada Xocalı Günləri” çərçivəsində Azərbaycan Pantomima Teatrının Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tamaşası nümayiş etdirilmişdir.
Dörd gün davam edəcək proqramın bu tədbiri heç kimi laqeyd qoymamışdır. Teatrın aktyorları səhnədən bir kəlmə belə deməsələr də, pantomim hərəkətləri ilə həm həlak olanların, həm də sağ qalan qaçqınların hiss və həyəcanlarını tamaşaçılara çatdıra, bu dəhşətli faciəni törətmiş cinayətkarların əsl vəhşi mahiyyətini ifadə edə bilmişlər. (AzərTAc).