Azərbaycanın ən güclü şahmatçısı müəyyən edildi -

Azərbaycanın ən güclü şahmatçısı müəyyən edildi

Respublika Şahmat Məktəbində Azərbaycan çempionatı start götürmüşdür. Çempionatda on şahmatçı, o cümlədən yeddi qrossmeyster iştirak edir.
AzərTAc xəbər verir ki, dairəvi sistem üzrə keçirilən yarışda iki turdan sonra qrossmeysterlər Azər Mirzəyev, Vüqar Rəsulov və FİDE ustası Kənan İzzət hərəyə 1,5 xal toplamışlar. Zaur Məmmədov, Sərxan Quliyev, Vasif Durarbəyli və Nicat Məmmədovun aktivində 1 xal, Fərid Abbasov, Bəhruz Rzayev və Rəsul İbrahimovun 0,5 xalı vardır.
Üçüncü turda Zaur Məmmədov – Fərid Abbasov, Bəhruz Rzayev – Azər Mirzəyev, Sərxan Quliyev – Vasif Durarbəyli, Nicat Məmmədov – Rəsul İbrahimov, Vüqar Rəsulov – Kənan İzzət görüşləri keçiriləcəkdir.

Kişi şahmatçıları arasında Azərbaycan çempionatının qalibi müəyyənləşmişdir.
AzərTAc xəbər verir ki, yarışda çempion adını Vüqar Rəsulov qazanmışdır.
Çempionatda ikinci yerə Azər Mirzəyev çıxmış, üçüncü yerin sahibi isə Vasif Durarbəyli olmuşdur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !