Serbiyanın xarici işlər naziri Azərbaycanda səfərdədir -

Serbiyanın xarici işlər naziri Azərbaycanda səfərdədir

Serbiya Respublikasının xarici işlər naziri Vuk Yeremiç Azərbaycana bir günlük səfərə gəlmişdir.
AzərTAc xəbər verir ki, serbiyalı nazirin bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri olacaqdır.
Səfər çərçivəsində Serbiyanın Xarici İşlər Nazirliyi ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında Saziş imzalanacağı gözlənilir.
Bu Saziş Serbiya və Montoneqro arasındakı XI Koridor yol magistralının Liq və Prelina regionlarını birləşdirən hissəsinin tikintisi üçün Azərbaycan dövləti tərəfindən kreditin ayrılmasını nəzərdə tutur.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !