50 nəfər gömrük əməkdaşı könüllü olaraq ordu sıralarına qatıldı -

50 nəfər gömrük əməkdaşı könüllü olaraq ordu sıralarına qatıldı

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi istiqamətində başlatdığı əkshücum əməliyyatlarında könüllü iştirak etmək üçün müraciət edən Dövlət Gömrük Komitəsinin əməkdaşlarından 50 nəfəri böyük ruh yüksəkliyi ilə hərbi hissələrə yola  düşüblər.
 

Dövlət Gömrük Komitəsinin bütün əməkdaşları Azərbaycan ordusunun qələbələrindən böyük  qürur  hissi duyur və səbirsizliklə cəbhəyə yollanacaqları anı gözləyirlər.


Qələbə sənindir, Azərbaycan Əsgəri!


Qarabağ Azərbaycandır!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !