Azərbaycan əsgərinin ayaq səsləri Qarabağda eşidilir -

Azərbaycan əsgərinin ayaq səsləri Qarabağda eşidilir

Biz bu günü gözləyirdik...


Həyat elə gətirib ki, bizim yaşıdlarımız arasında müharibənin ağrı - acılarını, itkilərini, saralmaz yaralarını görən insanlar daha çox olub. Elə birinci Qarabağ savaşının qurbanları olan həmyaşıdlarımız da. Bizim nəsil həmişə çiynində bu yüklə yaşayıb bu günə qədər...


 “Qarabağ” deyəndə içimizdə bir qırıqlıq, çarəsizlik, bir də utanc olub. “Nə vaxta qədər?” sualı ilə yaşamışdıq bu illəri...


Düşmən tapdağında qalan torpaqlarımıza görə ruhları başımız üstə dolaşan şəhidlərimiz qarşısında da hər zaman bir mənəvi borcumuzun, vicdan borcumuzun olduğunu dərk edərək yaşamışıq. Əlimizə qələm aldığımız gündən bu münaqişənin həlli yolları ilə bağlı yazdığımız onlarla məqalə, müsahibələr var. O yazılarda belə deyilənlərə yox, gələcəyə, öz gücümüzə, bir ümid işığı kimi baxmışıq hər zaman. Bir gün bu inamımızın gerçək olacağını, o anın gəlib çatacağını gözləmişdik bu illər ərzində...


Budur, bizim 27 ildir gözlədiyimiz o gün gəlib çatdı...


Bizlər indi o möhtəşəm günləri yaşayırıq. Xalqımızın şərəf tarixinə qızıl hərflərlə yazılacaq 2020-ci ilin 27 sentyabr tarixi...


Çünki bu tarix Azərbaycan dövlətinin, Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Bu gün Azərbaycan xalqının öz Prezidentinə, Ali Baş Komandanına nə qədər inandığını, onun arxasında olduğunu bir daha sübut etdi. Bu gün həm də bu xalqın taleyində bir dönüş kimi yaddaşlarda qalacaq. Kimliyindən, statusundan, siyasi mövqeyindən asılı olmayaraq, bu gün hər kəs Ali Baş Komandanımızın əmrində, ordumuzun yanındadır. Azərbaycan xalqı vahiddir, həmrəydir. Çünki Qarabağ məsələsi bizim milli məsələmizdir. Qarabağ bizim əzəli və əbədi torpağımızdır. Qarabağ uğurunda savaş bizim Vətən savaşımızdır.


Biz indi təkcə Koroğularımızla, Qaçaq Nəbilərimizlə, Şıxlinskilərimizlə, Mehmandarovlarımızla deyil, günümüzün qəhrəmanları olan Mübarizlərimiz, Poladlarımız və onlarla vətən torpağı uğurunda savaşan qəhrəmanlarımızla öyünürük, fəxr edirik!


27 sentyabr savaşı Azərbaycan hərb tarixində yeni bir səhifə açdı...


Bu tarix  azğın düşmənlərimizə əbədi ölüm günü olacaq hər zaman. Məhz  bu  gün Azərbaycana qarşı yenidən təxribat törətməyə çalışan azğın düşmən, şanlı ordumuz tərəfindən bu illər ərzində görmədiyi cavabı aldı. Müharibənin ilk saatlarındaca cəbhəboyu strateji mövqeləri əldən verən düşmən artıq anlayır ki, “Qarabağ düyünü” tarixdəki “Qordi düyü”nü olmayacaq.  Qəhrəman Azərbaycan əsgəri öz cəsarəti, qəhrəmanlığı ilə ortaya qoydu. Azərbaycan ordununu əks-həmləsi ilə müharibənin başladığı ilk saatlarda ordumuz işğal altında olan 7 kəndimizi düşmən tapdağından azad etdi. Şanlı ordumuz tərəfindən Murov silsiləsinə Azərbaycan bayrağı sancildı.

Bu gün Azərbaycan xalqı öz ordusuna, Ali Baş Komandanına inanır, güvənir və onun yanındadır.
Illərdir  bizlər işğal altında olan torpaqlarımızın xiffətini çəkdiymiz kimi milli kimliyimizin rəmzi olan Bayrağımız da, işğal altında olan bütün torpaqlarımızda vüqarla dalğalanacağı günü gözləyirdi.

Bu gün Azərbaycan insanı 7-dən 77-ə Bayrağımızın Şanlı Ordumuz tərəfindən qarabağımızım baş tacı Şuşada vüqarla dalğalanacağı günü gözləyir, inanır, dualar edir.

Bu günlərdə biz dostlarımızı və düşmənlərimizi də yenidən tanıdıq. Uzaq, yaxından olan dost ölkələr bizim haqlı vətən savaşımıza dəstək göstərdi.

Qardaş Türkiyənin ürəyi Azərbaycanla döyünür. 7-dən 77-yə hər kəs “Qarabağ bizimdir!”, “Qələbə bizimdir” inamı ilə açır səhərlərini.

Azərbaycan  bayrağının Qarabağda, baş tacımız Şuşada vüqarla dalqalanacağı günü gözləyirik, Azərbaycan əsgəri!

O gün bizlərin şəhidlərimizin ruhu qarşısında hesabat verdiyimiz gün olacaq!

O gün Sizlər Azərbaycan xalqının tarixinə öz adınızı qızıl hərflərlə yazacaqsınız!

Bizlər o günü gözləyirik!

Azərbaycan əsgərinin ayağı dəyən o torpaqlar, bizim səcdəgahımız olacaq!

Buna güvənirik, inanırıq!

Hər birimiz bir əsgər kimi Ali Baş komandanımızın əmrindəyik!

Bu bizim Vətən savaşımızdı!

Biz bu yola şərəflə çıxdıq və Qələbə bizim olacaq!

Qarabağdan Azərbaycan əsgərinin ayaq səsləri gəlir...



Vüsalə Rafiqqızı
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsnin müdiri

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !