Xamzat Çimayev: - "İnanıram ki, Həbib Qetji ilə döyüşü udacaq"( FOTO=2)

Xamzat Çimayev: "İnanıram ki, Həbib Qetji ilə döyüşü udacaq"( FOTO=2)

MMA-nın UFC versiyası üzrə döyüşən rusiyalı Xamzat Çimayev bu ilin 24 oktyabrında Abu-Dabidə dağıstanlı döyüşçü, bu versiyada yüngül çəkidə dünya çempionu adını daşıyan Həbib Nurməhəmmədlə amerikalı Castin Qetji arasında keçirilməsi nəzərdə tutulan qarşılaşma ilə bağlı maraqlı açıqlama verib. Həbibin uşaqlıq dostu olan Xamzat dostunu həmin döyüşün favoriti adlandırıb. "Qarşıda çox gərgin bir döyüş var. Mən hesab edirəm ki, Həbib həmin döyüşü udacaq. Buna zərrə qədər şübhəm yoxdur. Onu deyə bilərəm ki, Qatjin indiyədək Həbib səviyyəsində rəqiblə qarşılaşmayıb. Bu döyüşün favoriti Həbibdir və o, 70-in 30-a münasibətində üstündür" - Xamzat belə deyib.


Bu arada Həbib özü də açıqlama verib.Castinə qarşı döyüşə hazırlaşan Həbib ən çox diqqəti təkrar zərbəyə yönəltdiyin bildirib: "Zərbənin ardından vurulan əlavə zərbə daha effektli olur".


UFC-nin prezidenti Deyna Uayt da Həbiblə bağlı fikir söyləyib: "Biz Həbiblə Makqreqer arasında revanş keçirmək istəyirdik. Amma Konor hər şeyi alt-üst etdi".


İNTİQAM Məmmədov
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !