Zeynalabdin Tağıyevin nəticəsi Alban Klouddan Azərbaycana maraqlı dəstək gəlib -

Zeynalabdin Tağıyevin nəticəsi Alban Klouddan Azərbaycana maraqlı dəstək gəlib

Zeynalabdin Tağıyevin nəslinin davamçısı Fransada yaşayan Alban Kloud Ermənistanın təxribatına qarşı etirazını ifadə edib:


“Dünəndən başlayaraq Ermənistanla Azərbaycanın Qarabağdakı təmas xəttində güclü döyüşlər gedir. Vəziyyətin ciddiliyini və mənim Azərbaycanla bağımı nəzərə alaraq yazdığım bu mətni və illüstrasiyalaşdırdığım xəritəni fransız dostlarımla paylaşmağa haqqım çatır.


Mən müharibənin  əleyhinəyəm, lakin  çoxtərəfli diplomatiya son otuz ildə bu saxta, dondurulmuş münaqişənin həllinə dair başqa bir alternativ təklif edə bilməyib.


Bu yazım, xüsusi ilə  şərhçilər tərəfindən gözardı edilən Qarabağ məsələsinə Azərbaycanın mövqeyini və bu münaqişədə Fransanın rolunu anlamağa imkan verəcəkdir.


İstənilən müzakirəyə hazıram, mənə [email protected] ünvanından yaza bilərsiniz”.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !