Vətən sənsiz darıxmışam! - -Gülağa Tənha deyir

Vətən sənsiz darıxmışam! -Gülağa Tənha deyir

 Babalarımız, nənələrimiz vardı, hansı ki, məcburi köçkün olduqları yurdları üçün burunlarının ucu göynəyə - göynəyə, darıxa – darıxa qocalıb dünyalarını dəyişdilər. Sonra məqam çatdı atalarımıza, onlar da o yerlər üçün darıxmağa davam etdilər. Daha sonra övladları mahiyyəti anlayan yaşa çatdıqda, atalar, Qarabağın hər bir qarışı, dərəsi haqqında xatirələri bölüşdülər, Beləliklə, nəvələr də darıxmağa başladı. Darıxmaqdan yorulan kəsa sahibləri, yığılan suyla qüsul alıb, bizim olanı, özümüzə qaytarmağa qərara aldı... Qarabağ Azərbaycanındır!

 

Xeyriyyəçi-şair Gülağa Tənhanın “Çox darıxmışam” şeir və klipini təqdim edirik!

 

GÜLAĞA TƏNHA “ÇOX DARIXMIŞAM…”

 

Yuxu olub gözlərimə dolur həsrətin,
Vətən, sənsiz darıxmışam…
Çox darıxmışam.
Acısını udammıram qəmin, möhnətin,
Vətən, sənsiz darıxmışam…
Çox darıxmışam…
İzlərimi qoruyurmu kəndim-şəhərim,
Yox, qılığa yatan deyil qəmim, qəhərim…
Gecələrim düyün düşüb, gəlmir səhərim,
Vətən, sənsiz darıxmışam…
Çox darıxmışam…



Çiçəyimə əl uzadan olubmu görən,
Tər çiçəyim saralıbmı, solubmu görən,
Həsrət könlü kövrəlibmi, dolubmu görən?–
Vətən, sənsiz darıxmışam…
Çox darıxmışam…
Bir qəribin nəğməsinə dönüb gələrəm,
Ruhun-canın həvəsinə dönüb gələrəm,
Ömrün axır nəfəsinə dönüb gələrəm,
Vətən, sənsiz darıxmışam…
Çox darıxmışam…

 


söz : Gülağa Tənha musiqi: Azərbaycan SSR xalq artisti, əməkdar artist Ramiz Mirişli ifa: Nəsibə Bədəlbəyli

 

 

 

video link: https://www.youtube.com/watch?v=UFfBAK73ibE «Vətən sənsiz darıxmışam!»

 

 

 

 

 


#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyri]yyeci #mahnı #Qarabağ #şeir #sheir

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !