Sənə güvənirik , Azərbaycan əsgəri! - -FOTO=3

Sənə güvənirik , Azərbaycan əsgəri! -FOTO=3

Torpaq qan ilə birləşəndə Vətən olur! Bu Vətənin torpağı isə Mübarizlərin, Poladların, Çingizlərin qanı ilə birləşib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş hər bir qəhrəman oğlunun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır.
Bu gün yetişməkdə olan gənc nəslin vətənpərvərlik hislərinin formalaşması cəmiyyətimiz qarşısında duran əsas məsələlərdən biridir.Hər bir təhsil ocağında təlim –tədris planının əsas strategiyası şagirdlərdə Vətən sevgisi ,Vətən uğrunda mübarizə aparmağın əhəmiyyətini aşılamaqdır.Musiqi və İncəsənət məktəblərində musiqi ədəbiyyatı fənnində Azərbaycan bəstəkarlarının vətənpərvərlik ruhunda yazdığı musiqi əsərlərinin mütamadi şagirdlərə keçirilməsi ,təsviri incəsənət fənnində Vətən, torpaq mövzusunda rəsm əsərlərinin işlənilməsi və s. kimi vasitələrdən istifadə edilə bilər. Məhz bu məqsədlə sentyabrın 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində olan F.Əmirov adına 6 nömrəli onbirillik İncəsənət Məktəbinin bir neçə müəllim və şagird heyəti II fəxri xiyabanda uyuyan Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov,Fərid Əhmədov ,Tovuz döyüşlərində qəhrəmanlıq göstərmiş general – mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev və I Qarabağ müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdilər. Məktəbin direktoru Adilə Yusifova və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Komitəsinin sədri Günel Qarayevanın təşəbbüsü ilə təşkil olunmuş ziyarətdə şagirdlər bütün şəhidlərin məzarlarına gül-çiçək dəstələri , əklillər qoydular. Məktəbin direktoru öz çıxışında milli qəhrəmanın keçdiyi şərəfli yolu işıqlandırdı. Daha sonra şagirdlər hazırladıqları kiçik çıxışları təqdim etdilər.
Zəfər çox yaxındadır .Vətən səni gözləyir , Azərbaycan əsgəri. Kükrəyişinlə düşməni lərzəyə sal, Azərbaycan əsgəri. Vətən sənə əmanət Azərbaycan əsgəri .
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !