Gülağa Tənha - Sev Vətəni!

Gülağa Tənha Sev Vətəni!

Bu bir tarixdir! Artıq iki gündür ki, işğal olunmuş torpaqlarımız uğrunda müharibə davam edir. İllərdi erməni tapdağı altında əsir olan Dağlar-Dərələr, əllərini yan açıb təbəssümlə bizi qarşılayır. Axı təbiətdə hər şey canlıdır və Qarabağla rabitə bağlantımız olsa,  yəgin ilk fikrimiz belə olacaq: Sən zirvəsən, Qarabağ!.. Biz illərdi möhkəm güc yığıb bu gün sənin üzərində qarış qarış ucalırıq, ucalırıq ki, şanlı bayrağımızı səma üzərində dalğalandıraq! Əks sədamız dünyanın hər yerinə yayılsın, deyək: Biz gəldik!... Analarımızın qəlbi, atalarımızın ruhu şad olsun!
Söz verdiyimiz kimi xeyriyyəçi-şair Gülağa Tənhanın vətənpərlik mövzusunda çoxlu sayda yazdığı şeirləri silsilə olaraq sizə təqdim edəcəyik. Şeir “Vətəni” adlanır. Bu şeiri xalq artisti İlqar Muradov mahnıya çevirərək səslənmişdir...

 

 


Gülağa Tənha "VƏTƏNİ"

 

Cismim burda, ruhum orda,
Xəyalım gəzər Vətəni.
El-obadan ayrı düşən
Daha çox sevər Vətəni.
Gecəsi var, gündüzü var,
Qəribliyin min üzü var.
Ürək yanar, alovlanar,
Güc, dayaq bilər Vətəni.
Günlər keçər, aylar ötər,
Yurdumuza bahar gələr.
Durnalar vaxtında dönər,
Başına dönər Vətənin.
Dəli könül, olma nadan,
Bu ömrü verdi Yaradan.
Mərd yarıyarsa dünyadan
Seyr etmək dilər Vətəni.
Neyləyirəm cənnət məkan,
Qürbətdə eylərəm fəğan.
Könül uçub uzaqlardan
Səcdəyə gələr Vətəni.

 

 

 

video link: https://www.youtube.com/watch?v=M435C0S_Gik 

 

 

 

 

 

#Gülağa #Tənha #Gulaga #klip #Vətənim #Azərbaycan #Yurdum #Vetenim #AZE #Qarabag #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #Qarabağ #şeir #sheir
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !