Ermənistanın - S-300-ü MƏHV EDİLDİ

Ermənistanın S-300-ü MƏHV EDİLDİ

 Azərbaycan ordusunun kamikadze-dronu Qarabağda Ermənistan ordusunun S-300 zenit-raket kompleksini məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Virtualaz.org hərbi qaynaqlara istinadən məlumat yayıb.

Bildirilir ki, beləliklə, işğal edilmiş ərazilərimiz üzərində hava məkanı Azərbaycan Hərbi Hava Qüvvələri üçün açıqdır.

Bundan əvvəl bəlli idi ki, Ermənistan ordusu S-300 komplekslərinin bir divizionunu Qubadlı ərazisində, bilavasitə sərhədə yaxın yerləşdirmişdi.

Belə ki, ordumuz səhər saatlarında, hücumun əvvəllərində işğalçı qüvvələrin hava hücumundan birinci müdafiə eşalonunda dayanan “Osa” zenit-raket komplekslərinin əksəriyyətini məhv edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !