Razısınızmı Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət olsun? - -

“Razısınızmı Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtariyyət olsun?” -

 Ermənistan baş naziri parlament qarşısında çıxışı zamanı Qarabağda yaranmış vəziyyətdən qaçmağın yeganə yolunu göstərib. Nikol Paşinyan bildirib ki, bu vəziyyətin yaranmaması üçün nəsə etmək, konkret olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibində yüksək muxtariyyət statusuna razılaşmaq lazım idi.

“Əgər biz bununla razıyıqsa o zaman baş verənləri elə indi dayandıra bilərik. Mən istəyirəm ki, Ermənistan parlamenti bunu qeydə alsın, və mən birbaşa sual verirəm, biz razıyıqmı belə qərarla? Əgər razıyıqsa o zaman biz elə indi, bu gün bu məsələni həll edə bilərik”,-Paşinyan deputatlara müraciət edib. (news.am)

Cavab olaraq deputatlar zaldan qışqırıblar: “Yox, heç vaxt!”//virtualaz.org

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !