Gülağa Tənha - "Dərdin nazını çəkmə" adlı kitabın təqdimatı. Çıxışçı: Nadir Hüseynov

Gülağa Tənha "Dərdin nazını çəkmə" adlı kitabın təqdimatı. Çıxışçı: Nadir Hüseynov

 Xeyriyyəçi-şair Gülağa Tənhanın “Dərdin nazını çəkmə” adlı şeirlər kitabın təqdimat mərasimində söz verilir, qiraət ustası Nadir Hüseynova. O, şairin ən təsirli şeirlərindən biri olan “Hanı Qarabağ, hanı?” şeirini səsləndirir və dinlədikcə Cəlil Məmmədqulzadənin əsərində deyildiyi fikirə yaxın bir düşüncə canlanır: bir gün bizdən sonra gələn nəsil, kitabı vərəqləyib bu səhifəni görəndə nə deyəcək? Rus demişkən “neujeli” laqeydlik sindrumu ilə davam edəcək bu gedişat?! Ya baş verənlərə görə atalarımızın üstünə yıxıb, yaxamızı əllərindən çəkib qurtulacağımızı düşünürük? Azərbaycan xalqı o qədər qüdrətli və digər yüksək göstəriciləri olan xalqdır ki, dilimizə, düşüncəmizə nə qədər başqa ölkələr təsir etsə də biz yenə Vətənimizi sevir və işğal altında olan torpaqlarımızn həsrətini çəkirik. Şeiri video link bölməsində dinləyə bilərsiniz.

 


Gülağa Tənha "HANI QARABAĞ, HANI?"

Göy üzünə çəkilən qara bulud deyir ki,
Dilinə düyün düşən dilsiz sükut deyir ki,
Qolunu qandal kəsən neçə ümid deyir ki:
«Hanı Qarabağ, hanı?»
Yağı tapdağı altda qalan torpaq ağrıyır,
Külü göyə sovrulan sönmüş ocaq ağrıyır,
Qaysaqlamaz yarada qanlı bıçaq ağrıyır:
«Hanı Qarabağ, hanı?»
Nə vaxtdı su əvəzi qəhər içənlər deyir,
Yurd-yuva həsrətiylə ömrü keçənlər deyir,
Dərdin əlindən tutub tale biçənlər deyir:
«Hanı Qarabağ, hanı?»
Uluların narahat röyası haray çəkir,
Xan qızı Natəvanın naləsi haray çəkir,
Nə müddətdi Nəvvabın nəvası haray çəkir:
«Hanı Qarabağ, hanı?»
Bət-bənizi saralan qönçəsiz gül soruşur,
Sarı simi yandıran «Süsən-sünbül» soruşur,
Sinəsinə xal düşən Xarı bülbül soruşur:
«Hanı Qarabağ, hanı?»
Yollar boyu quruyan qara daş da soruşur,
Ömrə ağır yük olan il də, yaş da soruşur,
Anaların üzündə yanan yaş da soruşur:
«Hanı Qarabağ, hanı?,
Hanı Qarabağ, hanı?»…
20 yanvar, 2002

 

 

iframe> www.youtube.com/watch

 

 

 

 

Gülağa Tənha " Dərdin nazını çəkmə " II - kitab #Gülağa #Tənha #Gulaga #Tenha #Qəmbərov #Qemberov #Qəmbərov #Qemberov #гюльага #гамбаров #ганбаров #Тенха #şair #iş #adam #xeyriyyəçi #xeyriyyeci #mahnı #müsabiqə #şeir #sheir #maxni #mahni #muğam #muğam #segah #qiraət #qiraet müdrik, #fikir, #dushunce, #düşüncə #AMEA #elm #alim #qazet #mukafat #mükafat #kitab #Qəmbərov #Qemberov #təqdimat #alim #qonaq #şeir #səs #soz #söz #sənətkar #senetkar #xalq #vətən #veten #can #Azərbaycan #yurd #el #oba #anons

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !