19 yaşlı Kamila Rəhimova ilk dəfə "Böyük Dəbilqə"nin əsas yarışına qatılacaq - -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

19 yaşlı Kamila Rəhimova ilk dəfə "Böyük Dəbilqə"nin əsas yarışına qatılacaq -FOTO=3 (AZpressAZ) İNTİQAM Məmmədov

Məkanı Fransanın paytaxtı Paris olan və mükafat fondu 38 milyon avro təşkil etməklə "Böyük Dəbilqə" seriyaslndan olan "Rolan Qarros"un təsnifat mərhələsinin yarışları başa çatıb. Maraqlıdır ki, təsnifat mərhələsini uğurla başa vuranlar arasında 19 yaşlı Kamila Rəhimova da (Rusiya) yer alıb. Hazırda dünyanın 189-cu raketka ustası olan və karyerasında ilk dəfə olaraq "Böyük Dəbilqə"nin əsas yarışında oynamaq hüququ qazanan Kamila təsnifat mərhələsində Mariyam Bolkvadzeni (dünyanın 190-cısı) 6:2, 6:2, Enn Lini (110-cu) 6:7, 7:6, 6:4, Natalya Kostiçi (202-ci) isə 7:5, 6:3 hesabla udub. Xatırladaq ki, Rəhimova "Böyük Dəbilqə"də debütünü "Australian Open-2020"də edib və elə təsnifat mərhələsinin startındaca uduzub. Onu qarşıda sözün əsil mənasında divlər gözləyir.
İNTİQAM Məmmov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !