Şərif Ağayar: - "Belə getsə, heç nə dəyişməyəcək..."

Şərif Ağayar: "Belə getsə, heç nə dəyişməyəcək..."

Absurd bilirsiniz nədir? Dünyanın istənilən normal ölkəsində Milli Elmlər Akademiyasının prezidenti vəzifəsi Prezident Administrasiyasının rəhbəri vəzifəsindən qat-qat üstün və nüfuzludur. Bizdə isə ordan bura göndərilmək vurulmaq, az qala işdən çıxarılmaq hesab olunur. Arxetipimiz çox zədəlidir və bu cür nöqsanların aradan qalxması üçün xeyli zaman lazımdır. Radikal dəyişikliklər təklif edən, buna cəhd göstərən və bu cəhdləri müdafiə etməyənləri satqın sayanlar 30 ildir yanılırlar və 30 il də belə getsə, heç nə dəyişməyəcək. O qədər yalnışdır ki, hər şey heç nə haqda düzgün düşünə bilmirik. Doğrudan da bu saat professor hara, sahə müvəkkili hara... Professor olasan e, amma oğlunu ən azı bir nazirlikdə şöbə müdiri qoydura biləsən. Yoxsa kondidat naukdan nə fərqin var? 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !