"Bu gün Nəcməddin Sadıkova olan mənfi münasibət, orduya hərtərəfli dəstək və inamın olacağını... - Aslan İsmayılov bu qənaitə gəlib

"Bu gün Nəcməddin Sadıkova olan mənfi münasibət, orduya hərtərəfli dəstək və inamın olacağını... Aslan İsmayılov bu qənaitə gəlib

Son vaxtlar Azərbaycanın işğal edilmiş əraziləri, onun azad edilməsi, müharibəyə hazırlıqla bağlı olan bütün yazılarımda ən çox şərhlər Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlıdır. Çoxsaylı şərhlərdəki ittihamları nə təsdiq, nə də təkzib edirəm, çünki məsələnin ciddiliyini anlayıram və bu həssas məqamda bilməyərəkdən səhvə yol vermək istəmirəm.


Bununla belə gəldiyim qəti bir nəticə var. Dağlıq Qarabağı azad etmək üçün birinci növbədə vacib olan vətəndaşların Azərbaycan Ordusuna, Ordunun isə onun rəhbərliyinə etimadı və dəstəyidir.
Bu gün Nəcməddin Sadıkova olan mənfi münasibət, etimadsızlıq o dərəcədədir ki, onun Baş Qərargah rəisi olduğu Orduya hərtərəfli dəstək və inamın olacağını əminliklə demək olmaz. Məhz buna görə Ölkə rəhbərliyi bu ciddi problemi tezliklə həll etməlidir. Azərbaycan Ordusunda vətəndaşların inandığı, etibar etdiyi yüzlərlə, minlərlə şərəfli, savadlı, müharibədə təcrübə qazanmış, vətənpərvər zabitlər var. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !