"ƏLİMDƏ SİLAH 5 İL QARABAĞDA DÖYÜŞMÜŞƏM!!!" - -Kərim Kərimli xatırlayır

"ƏLİMDƏ SİLAH 5 İL QARABAĞDA DÖYÜŞMÜŞƏM!!!" -Kərim Kərimli xatırlayır

"ƏLİMDƏ SİLAH 5 İL QARABAĞDA DÖYÜŞMÜŞƏM!!!" - deyənlərə inanmayın, çünki yalan deyirlər. O dərəcədə yalan ki, hətta müharibənin neçə il davam etdiyini belə bilmirlər.
Qarabağda ilk irimiqyaslı toqquşma və böyük işğal hadisəsi 31 oktyabr 1991-ci il də həmin dövrdə mövcud olduğu kimi ifadə etsək Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun Tuğ kəndində baş verib. Ermənistandan gəlmiş terrorçu-yaraqlılar və yerli erməni separatçıları həmin vaxt bölgədə olan Sovet qoşunlarının bölmələri ilə birləşərək kəndin azərbaycanlılar yaşayan hissəsinə hücum edərək dinc əhalini deportasiya etdi, evlərini yandırdı, ölən və yaralananlar oldu.
Bununla da geniş əhatəli hərbi əməliyyatlar başladı və 12 may 1994-cü ilə, yəni atəşkəs razılaşmasınadək davam etdi.
Beləliklə, müharibə cəmi iki il yarım olub...
P.S. Əlbəttə daha əvvəllər də xüsusi əməliyyatlar olmuşdu. Məsələn Azərbaycan SSR inzibati orqanlarının Goranboy rayonu ərazisində cəmləşmiş saqqallı erməni yaraqlılarını tərksilah etmək məqsədilə keüçirilən "Koltso" əməliyyatı. Ancaq bu cür əməliyyatları dövlətin xüsusi DİN, DQ bölmələri və DTK əməkdaşları həyata keçirirdi... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !