COVID 19-un faydası... - TAM CİDDİ

COVID 19-un faydası... TAM CİDDİ

Koronaviris artıq həyatımıza kifayət qədər müdaxilə etdi. Artıq COVID 19-la yaşamaq vərdişlərinə yiyələnirik. Bu pandemiyanın həyatımızda hələ ki, yeganə ciddi dəyişikliyi yas və toylarımızla bağlıdır.


Sirr deyil ki, neçə illərdi ziyalımızdan tutmuş, sadə insanlarımıza qədər hamı yas və toy məclislərinin əndazədən çıxdığını deyirdi. Amma heç kim bu ənənəni pozmaq istəmirdi. Deyir sən saydığını say, gör fələk nə sayır. Bu dəfə COVID 19 saydı. Amma biz hələ də özümüzdə güc tapıb bir qərara gəlməmişik. Hələ də çoxları pandemiyanın qurtarmasını gözləyir ki, övladına dambadurublu toy eləsin, hələ də kimlərsə doğmasının ölümünün ləngiməsini istəyir ki, urvatsız olmasın.
Bu gözləntilərdə sözsüz ki, maddi məsələlər də müəyyən rol oynayır. Amma heç nəyə baxmayaraq COVID 19-un yaratdığı bu imkandan istifadə edib yas və toylarımıza əl gəzdirməyin vaxtıdır.
Ciddi müzakirəyə ehtiyac var... 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !