.O, idi.Qafur Rəşad mətbuatımızın formalaşmasında rolu olan fədakarlardan biri... - Akif Aşırlı yazır

.O, idi.Qafur Rəşad mətbuatımızın formalaşmasında rolu olan fədakarlardan biri... Akif Aşırlı yazır

Cümhuriyyətin 100 illiyi ərəfəsində " Şərq " cilərlə Fəxri Xiyabanda uyuyan şəxsiyyətlərin məzarlarını ziyarət edirdik , Əiağa Şıxlinskinin məzarına baş cəkəndən sonra diqqətimi ətrafdakı kicicik bir baxımsız məzar cəkdi. Sanki bir uşaq məzarıydı , sinədaşı da , başdaşı da o qədər balacaydı ki, digər qəbirlərin ucalığında görünmürdü.Qafur Rəşad Mirzəzadənin adı yazılmışdı.Əvvəl inanmadım , zəndlə sinədaşını bir də oxudum. O, idi.Qafur Rəşad mətbuatımızın formalaşmasında rolu olan fədakarlardan biri , böyük şəxsiyyətdir.Görünür uşaq məzarına oxşayan qəbirdə uyumağı da bir tale yazısıdır.
1906 ci ildə cap edilən "Dəbistan " uşaq jurnalından sonra ən uzun ömürlü " " Məktəb " yurnalını nəşr edib.1911 - ci ildə nəşr başlayan " Məktəb " 1920 - ci ilə qədər fəaliyyət göstərib , maarifə , mədəniyyətə ,təhsilə xidmət edib.Qafur Rəşad həm də Azərbaycanın ilk coğrafyaşünas alimidir.İlk dəfə " Qafqazın coğrafiyası "nı yazıb , bu kitabın satışından yığdığı vəsaitlə Bakıda kicik bir dükan acıb , onun gəliri ilə " Məktəb " məcmuəsini nəşr etdirib.Coğrafiyaya aid 18 kitabı var.2 - ci Dünya savaşında doğulduğu Şamaxıya gedib , kənd təsərrüfatına rəhbərlik edib , orda da xəstələnib . Bakıda dünyasını dəyişib. Bu böyük maarifçinin , ilk uşaq mətbuatının yaradıcısının ruhu qarşısında bəlkə biz də xeyirxah bir iş görək , məzarüstü abidəsini ucaldaq. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !