"Ermənistan PKK kimi terror dəstələrindən kömək istəyir.... çirkin maxinasiyalara əl atır" - -Müşfiq Ələsgərli bildirir

"Ermənistan PKK kimi terror dəstələrindən kömək istəyir.... çirkin maxinasiyalara əl atır" -Müşfiq Ələsgərli bildirir

Terror qruplarından, muzdlulardan istifadə etmək taktikası Ermənistana məxsusdur, Azərbaycana yox. Dünya terror təşkilatları sırasında yer tutan ASOA, ASALA və digər qruplaşmalar ermənilərə məxsus terror təşkilatları kimi tanınıblar. Ermənilərə bağlı terror birlikləri Qarabağ müharibəsi ilə yanaşı Livanda, Suriyada fəaliyyət göstəriblər, tanınıblar, ələ keçiriliblər, zərərsizləşdirliblər. İndi ermənilərə yalnız öz terror qrupları kifayət etmir, digərlərindən yardım umurlar.

Cəbhə xəttində vəziyyət gərginləşib, müharibə təhlükəsi hiss ediləndə Ermənistan PKK kimi terror dəstələrindən kömək istəyir, onların işğal altındakı Azərbaycan torpaqlarında məskunlaşmalarına şərait yaradır. Ermənistan Azərbaycan və Türkiyə kəşfiyyatı tərəfindən aşkarlanmış, sübuta yetirilmiş bu faktan yayınmaq üçün Rusiyanı işə qatır: Rusiyada ələ alınmış mediasının imkanlarından istifadə etməyə çalışır. . Rusiyanın “Moskovskiy Komsomolets” qəzeti ermənilərə qarşı döyüşmək üçün Azərbaycana “islamçı terrorçular” gətirməsi haqda böhtan xarakterli məqalə dərc edilib. Eyni məzmunlu materialın “Nezavisimaya qazeta”da da yayımlanması onu göstərir ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərinə terror dəstələrinin üzvlərini gətirmələri haqda üzə çıxan faktları ört-basdır etmək üçün ən çirkin maxinasiyalara əl atırlar, Azərbaycanın özünü terror təşkilatları ilə əlaqədə suçlamağa çalışırlar və bunun üçün üçüncü dövlətlərdən istifadə edirlər. Rusiya mediasında yer tutan məqalələr heç bir fakt və sübuta söykənmir, sadəcə erməni mətbuatında yayılan feyk xəbər və tezislərdən istifadə olunub. Amma ermənilər və onlara dəstək verən Rusiya mediasının təmsilçiləri anlamalıdırlar ki, artıq Azərbaycan və Türkiyə tərəfi onların bütün yalan və böhtanlarını ifşa etmək, bunun üçün lazımi faktları tapıb ortaya çıxarmaq gücündədirlər.

 Azərbaycana guya Suriyadan döyüşçülərin gəldiyi barədə dezinformasiyaları təkzib edən yazışmalar ortaya çıxıb. "Mən "Həmzə Diviziyon komandiri Seyf ebu Bekirlə söhbət elədim və o "Həmzə" Briqada döyüşçülərinin Azərbaycana transferi barədə bütün iddiaları rədd etdi. Bunu həmçinin Türkiyə Ordusuna bağlı mənbələr də rədd edib".
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !