Araz Qurbanov yazır... - "Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək səylərinə ciddi maneə yaradılacaqdır".

Araz Qurbanov yazır... "Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək səylərinə ciddi maneə yaradılacaqdır".

Dağlıq Qarabağda Rusiya ordusunun "sülhməramlı qüvvələr" qismində yerləşdirilməsinə dair Lavrovun təklifi yeni plan deyildir. Moskva əvvəllər də həm danışıqlarda, həm də təzyiq yolu ilə bu məsələni gündəmə gətirməyə, rəsmi Bakının həmin təklifi qəbul etməsinə çalışmışdır. Maraqlıdır ki, ilk dəfə bu təklifi məhz Robert Köçəryanın prezidentliyi dönəmində Ermənistan səsləndirmişdir. Azərbaycan isə Rusiyanın "Troya atı" təklifini qətiyyətlə rədd etmişdir.
Diqqət çəkən məqam münaqişə bölgələrində sülhün təmin olunması məqsədilə Rusiya sülhməramlılarının yerləşdirilməsinə dair Moskvanın planına ilk inanan Gürcüstan olmuş və bu, Abxaziya və Cənubi Osetiyanın itirilməsi ilə nəticələnmişdir. Cənubi Qafqazda, Ukraynada, Moldovada, perspektivdə isə Qazaxıstanda özünün geosiyasi maraqlarının ödənilməsində separatçı qurumlardan təzyiq vasitəsi kimi istifadə edən Moskvanın növbəti hədəfi Qarabağ bölgəsidir. Bu planın reallaşması ilə qondarma "Dağlıq Qarabağ Respublikası" bilavasitə Rusiyanin tabeçiliyində olan marionet "müstəqil" dövlət statusu əldə edəcək, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək səylərinə ciddi maneə yaradılacaqdır.
"İlana ağu verən kərtənkələ". Özüm "Kələntəryan" yazmadım. Anar demiş: "Tərbiyəm yol vermədi".
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !