Novak Cokoviç 36-cı "Masters"ini və 81-ci titulunu qazanıb - -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

Novak Cokoviç 36-cı "Masters"ini və 81-ci titulunu qazanıb -FOTO=2(AZpressAZ) İNTİQAM Məmmədov

İtaliyanın paytaxtı Romada kişi tennisçilər arasında keçirilən və "Masters2 seriyasından olmaqla mükafat fondu 3.854.000 dollar təkil edən " Internazionali BNL d’Italia" turniri həlledici final qarşılaşması ilə başa çatıb. Finalda dünyanın 1 nömrəli raketka ustası olan serbiyalı Novak Cokovişlə argentinalı Dieqo Şvartsman üzləşib. Qarşılaşma 7:5, 6:3 hesabla Cokoviçin xeyrinə qurtarıb. Bununla da serbiyalı raketka ustası karyerasında 5-ci dəfə Roma turnirini, 36-cı dəfə isə "Masters"in qalibi olmaqla rekorda imza atıb. Buna qədər isə Cokoviçlə ispaniyalı Rafael Nadalın hərəsinin aktivində 35 "Masters" var idi. Ümumilikdə isə bu Cokoviçin karyerasında qazandığı 81-ci çempionluq titulu kimi tarixə düşüb.33 yaşlı Cokoviç həm də turnirin ən yaşlı qalibi kimi yadda qalıb. Bu eyni zamanda onun ardıcıl olaraq qazandığı 3-cü "Masters"di. Belə ki, oŞ bundan öncə Parij-2019-u, bu ilin yayında Tsintsinnati-2020-i udub. Bir maraqlı məqamı da qeyd edək ki, serbiyalı tennisçi bu qələbədən sonra reytinq cədvəlindəki liderlik mövqeyini bir qədər də möhkəmləndirib. Və bununla da o, reytinq cədvəlindəki liderliyini 287 həftəyə çatdırıb. Cokoviç bu göstəriciyə görə yalnız isveçrəli Roje Federerdən (310 həftə) geri qalır. Turnirdən sonra ATR tennisçilərin yeni reytinq cədvəlini elan edib. Roma turnirinin finalçısı olan Dieqo Şvartsman iki pillə irəliləyərək 13-cü olub. Hazırda tennisçilərin reytinq cədvəlində vəziyyət belədir (Top-10):
Yer Tennisçi (ölkəsi) Xal
1 (1) Novak Cokoviç (Serbiya) 11260
2 (2) Rafael Nadal (İspaniya) 9850
3 (3) Dominik Tim (Avstriya) 9125
4 (4) Roje Federer (İsveçrə) 6630
5 (5) Danil Medvedyev (Rusiya) 5890
6 (6) Stefanos Tsitsipas (Yunanıstan) 5175
7 (7) Aleksandr Zverev (Almaniya) 4650
8 (8) Matteo Berrettini (İtaliya) 3030
9 (9) Qael Monfis (Fransa) 2860
10 (14) Denis Şapovalov (Kanada) 2660
13 (15) Dieqo Şvartsman (Argentina) 2505
Bu arada WTA isə qadınların analoji cədvəlini aşıqlayıb. Burada Top-10 qalnız bir dəyişiklik olub. Ukraynalı Elina Svitolina bir pillə yuxarı qalxmaqla 5-ci olub. Roma turnirini udan rumıniyalı Simona Xalep də 2-ci pillədəki yerində qalıb. Hazırda vəziyyət belədir (Top-10):
Yer Tennisçi (ölkəsi) Xal
1 (1) Eşli Barti (Avstraliya) 8717
2 (2) Simona Xalep (Rumıniya) 7255
3 (3) Naomi Osaka (Yaponiya) 5780
4 (4) Karolina Plişkova (Çexiya) 5205
5 (6) Elina Svitolina (Ukrayna) 4740
6 (5) Sofiya Kenin (ABŞ) 4700
7 (7) Byanka Andreesku (Kanada) 4555
8 (8) Kiki Bertens (Hollandiya) 4335
9 (9) Serena Uilyams (ABŞ) 4080
10 (10) Belinda Bençiç (İsveçrə) 4010
14 (14) Viktriya Azarenko (Belarus) 3122
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !