Beynəlxalq Təşkilatın Azərbaycanda həyata keçirdiyi yoxlamanın nəticələri açıqlandı - - FOTO

Beynəlxalq Təşkilatın Azərbaycanda həyata keçirdiyi yoxlamanın nəticələri açıqlandı - FOTO

Beynəlxalq Dəniz Təşkilatı (IMO)  tərəfindən 174 üzv dövlətdə həyata keçirilən audit yoxlamalarının nəticələrini təhlil edilərək, Azərbaycan hökumətinə rəsmi məktub ünvanlanıb. Beynəlxalq Dəniz Təşkilatını rəsmi saytında öz əksini tapan təhlilin nəticələrinə görə, Avropanın ən qabaqcıl dəniz dövlətlərini belə geridə qoyan Azərbaycan dəniz nəqliyyatı sahəsində götürülən öhdəliklərin uğurla icrasını təmin edən 1 ci dövlət olub.


Məktubda göstərilir ki, Beynəlxalq Dəniz Təşkilatına üzv olan 174 dövlətdə beynəlxalq müstəqil ekspert qrupu tərəfindən həyata keçirilən sistemli yoxlamalar Azərbaycanda da reallaşdırılmışdı. Xüsusi olaraq vurğulanır ki, yoxlama zamanı Avropa dövlətlərini geridə qoyaraq ön sırada yer tutan Azərbaycan Respublikası dəniz nəqliyyatı sahəsində qoşulduğu Beynəlxalq Konvensiyaların icrası istiqamətində diqqətəlayiq  uğurlara imza atıb.


Məktubda vurğulanır ki, Beynəlxalq  Dəniz Təşkilatına üzv olan 174 dövlət arasında yalnız Azərbaycan audit ekspert qrupunun tövsiyyələrinə hər zaman ciddi yanaşaraq  tədbirlərin səmərəli şəkildə həyata keçirildiyini təsdiq edən kifayət qədər məlumat və sübutlar təqdim edib.


Audit yoxlamasından sonra davam edən monitorinqlər zamanı müəyyən olunub ki, Azərbaycanda dəniz nəqliyyatı sahəsində dövlət siyasətini həyata keçirən Dövlət Dəniz Agentliyi tərəfindən “Dənizdə insan həyatının mühafizəsinə dair” (SOLAS-74), “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair” (MARPOL), “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”ya dair (STCW), “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya” (COLREG), “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında Konvensiya” kimi dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokolların icrası ilə bağlı müsbət nəaliyyətlər əldə olunub.


Azərbaycanın dəniz nəqliyyatı sahəsində əldə etdiyi bu uğur Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının mötəbər tribunasından səslənərək rəsmi hesabatda 174 üzv dövlətin nümayəndələrinə təqdim olunmuşdu.


Qeyd olunanlar bir daha sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən formalaşdırılmış dövlət siyasətinə uyğun olaraq ölkənin dinamik inkişafı, tranzit potensialının artırılması, regionun ən böyük nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi, qədim dənizçilik tarixinə malik olan Respublikamızın dəniz qüdrətinin daha da yüksəldilməsi, eləcə də qabaqcıl dəniz dövlətləri ilə rəqabətə davamlı dəniz nəqliyyatı sahəsinin formalaşdırılması istiqamətində gələcəkdə də uğurların əldə edicələyi şübhəsizdir.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !