Könüllülər Kuboku nun Masallı rayonu üzrə mini-futbol yarışı keçirilib. - -FOTO=6 (AZpress.AZ Əlihüseyn Şükürov, Masallı)

“Könüllülər Kuboku”nun Masallı rayonu üzrə mini-futbol yarışı keçirilib. -FOTO=6 (AZpress.AZ Əlihüseyn Şükürov, Masallı)

 

21-22 sentyabr 2020-ci il tarixlərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər mərkəzi stadionunda “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərti ilə Masallı rayonu üzrə 16-29 yaşlı gənclər arasında mini-futbol idman növü üzrə yarış keçirildi.

Yarışın yekun nəticəsinə əsasən “Masallı” komandası I, “Qarğalıq” komandası II, “Binə Xocavar” komandası III yerə layiq görülmüşlər.

Yarışda qalib gəlmiş komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən "Könüllülər Kuboku"nun diplomları ilə təltif olundular.

ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !