Orxan Fikrətoğlu: - "Arcax toponimi ilə bağlı mübahisələr"

Orxan Fikrətoğlu: "Arcax toponimi ilə bağlı mübahisələr"

Arcax toponimi ilə bağlı mübahisələrə münasibətim.


1.Arcax toponimi Ermənilərin Qarabağa qoyduğu yeni addır.Və onun tarixi kimliyi bizə yəni Qafqaz Albaniyasına aid olsa belə bunu bütün dünyaya sübut etmək bir məktəb dərsliyinin işi və auditoriyası deyil.
2.Arcax toponiminin dərsliklərə Arcaxın dünya tərəfindən Azərbaycana aid olunması sübut olunmamış daxil edilməsi tarixi qüsurdan çox ideoloju səhvdir.
3. Təhsil sisteminə aid olan bütün dərsliklər yenidən,daha ağıllı,peşəkar və milli ideoloju olmasa belə onu özü yarada bilən vətənpərvər alimlər tərəfindən yazılmalıdır.
4. Tarix bədii təxəyyül və savaş emosiyalarından uzaq bir sahədir.Mənbəşünaslıq ayininin rutin iş olması, təhqiqat aparmaq üçün materialların Azərbaycanda olmaması o demək deyil ki Ermənilərin acığına və ya bu günün konyukturuna uyğun olanları tarix adına gənc nəslə sırımalıyıq.
5.Hər ölkənin bir tarixi ola bilməz.Tarix hamının eyni hadisələri yaşadığı keçmiş zamanın elmi müstəvidə xatırlanmasıdır.
6. Dərslik müəllifləri və tarixçilər Arcax toponiminin bizə aid olduğunu təbliğ etmək istətirsə bunun üçün kütləvi auditoriyalar ,beynəlxalq tribunalar var.Niyə bu mübahisə dünya elm müstəvisində araşdırılmır?
7. Qarabağın bizim olması şübhə doğurmur.Qafqaz Albaniyası məsələsi isə hələ də elmdə dartışılan və mübahisə doğuran dövrdür.Qarabağın faktiki bizə aid olduğu bütün dünya tərəfindən qəbul olunduğu zaman bir
daha yeni Arcax sübutuna ehtiyac varmı?
8. Arcax da,ərmən də,həmşin də əlbətdə ki türk toponimləridir.Ermənilərin qıpçaq keçmişləri də olub.Onlar süni layihədir.Bu bəllidir.Amma Arcaxı dərsliklərə Qarabağ deyil arcax adıyla daxil etmək qaba ideoloju səhvdir.Hətda sabatajdır. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !