Mərkəzi Elmi Kitabxanada akademiklərin fondu yaradılır -

Mərkəzi Elmi Kitabxanada akademiklərin fondu yaradılır

AMEA Mərkəzi Elmi Kitabxananın rəhbərliyi  hazırda elmi ictimaiyyətə daha səmərəli
innovativ xidmət üsulları tətbiq etməklə, kitabxana-informasiya fəaliyyətində əsaslı islahatlar
aparmaqdadır. Eyni zamanda, kitabxananın  fondlarının strukturunda da yenidənqurma işləri
görülür, yeni fondların təşkili nəzərdə tutulur. 
Elm haqqında Azərbaycan Respublikasının Qanununda (2016, maddə 1.0.13)  “elmi
innovasiya – elmi fəaliyyətin məzmun və vasitələrinin, elmi nəticə və məhsulların, həmçinin
onların tətbiqi texnologiyalarının və istifadə üsullarının yenilik xarakterinə malik olması” kimi
göstərilir.  Azərbaycan elminə innovativ xidmət istiqamətində,  “Elmi fəaliyyət sahəsində
dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetlərini” (Maddə 3.) əldə rəhbər tutaraq
“elmin davamlı və sistemli inkişafının təmin edilməsi” ( 3.2.1.) məqsədi ilə Akademik fondların
təşkilini məqsədəuyğun sayır.
Akademik fondlar dedikdə ayrı-ayrı görkəmli akademiklərin MEK-ə hədiyyə etdiyi və
edəcəyi şəxsi  sənəd kolleksiyaları nəzərdə tutulur. Hazırda kitabxanada bu qəbildən
Yevgeniy Eduardoviç Bertels, Boris Nikolayeviç Zaxoder,  Y.A.Paxomov,  Mikayıl
Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları
saxlanılır. MEK Akademik fondların yaradılması üçün AMEA-nın rəhbərliyi və hörmətli
akademiklərimizə müraciət edir: 
Akademik fondların təşkili elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə
yönəlmiş innovativ bir prosesdir və AMEA MEK-də aparılan islahatların əsas tərkib
hissələrindən birini təşkil edir. 
Akademik fondlara Azərbaycan Milli Elmlər Akademiyasının  Rəyasət Heyətində, elmi-
sahəvi institutlarında çalışan və ya çalışmış, eyni zamanda  akademik elmi dünya miqyasında
tanıdan Azərbaycanın digər elmi qurumlarında müxtəlif elm sahələrini təmsil edən
akademiklərin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi sənədlər, nəşrlər (ənənəvi çap və
elektron) və s. ibarət kolleksiyalar daxildir. 
Akademik  kolleksiyaların tərkibinə:
 Elmi əsərləri: elmi yaradıcılıq məhsulları: kitablar, elmi toplular, konfrans
materialları, e-nəşrlər, digər yaradıcılıq məhsullar;
 Hədiyyə olunmuş avtoqraflı nəşrlər;
 Şəxsi kitab kolleksiyası;
 Fotosurətlər, reprint nəşrlər,albomlar və s.; 
 Dövri mətbuat nümunələri və s. daxil ola bilər.
Akademik kolleksiyalar:
 Beynəlxalq aləmdə qəbul edimiş  biblioqrafik standartlara görə
kataloqlaşdırılacaq;
  Kolleksiyaya daxil olan hər bir sənəd şəxsi möhürlə imzalanacaq, xüsusi 
inventar  ştrix-kodu ilə (abbreviatura) qeydiyyata alınacaq;
 Biobiblioqrafik Elektron Məlumat Bazaları yaradılaraq Mərkəzi Elmi
Kitabxananın saytında istifadəçilərə təqdim olunacaq;
 Biblioqrafik göstəricisi hazırlanacaq;
 Kolleksiyaların vaxtaşırı, əlamətdar  və tarixi günlərdə müvafiq qaydada 
sərgiləri, təqdimat-mərasimləri keçiriləcək;
 Xüsusi Akademik zalda kolleksiyalara daxil olan sənədlərin istifadəsi açıq rəf
üsulunda təşkil ediləcək; 
 Kolleksiyaların mühafizəsi, fiziki və bioloji təsirlərdən qorunması üçün  zəruri
şərait təmin olunacaq;
 Beynəlxalq elmi əlaqələrdə  kolleksiyaların biblioqrafik təsvirlərinin informativ
mübadiləsi aparılacaqdır. 
AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi
Əlaqə:
(012) 537 19 82
[email protected] 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !