SQ-nin Hərb Oyunları Mərkəzində Eternity-2019 təlimi davam edir - (+FOTO=4)

SQ-nin Hərb Oyunları Mərkəzində “Eternity-2019” təlimi davam edir (+FOTO=4)

 Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə keçirilən “Eternity-2019” kompüter dəstəkli komanda-qərargah təlimləri davam edir.

Təlimin ssenarisinə uyğun olaraq Bakı-Tbilisi-Ceyhan neft ixrac və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryol xəttinin təhlükəsizliyinin təmin edilməsi, mövcud şəraitin qiymətləndirilməsi, terror qruplarının ehtimal edilən təxribatlarının qarşısının alınması üzrə tədbirlərin görülməsi, həmçinin qərargahlarda müvafiq qərarların qəbul edilməsi üzrə fəaliyyətlər kompüterlərdə icra olunur.

Hər bir müdaxiləyə görə müttəfiq ölkələrin taborlarının qərargahlarının fəaliyyəti qiymətləndirilir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !