Xırdalanda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib - ( +FOTO=25 )

Xırdalanda Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib ( +FOTO=25 )

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Abşeron Rayon Gənclər Birliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyinin 50 illiyinə həsr olunmuş , “ Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur ” adlı tədbir keçirilib.

 

Tədbirdə Abşeron Rayon İcraHakimiyyətinin başçısı İradə Gülməmmədova, Millət vəkili Musa Quliyev, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, rayonun ziyalıları və gənclər iştirak ediblər.

 

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderin büstü önünə tər güllər düzüblər.

Daha sonra rayon rəhbəri və qonaqlar Mərkəzin foyesində Bakı Mühəndislik Universitetinin Memarlıq və Dizayn ixtisasları üzrə təhsil alan tələbələrinin Yaradıcılıq səgisi ilə tanış olublar.

 

İradə Gülməmmədova 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsindən danışıb. Xanım başçıqeyd edib ki, müasir Azərbaycan tarixinin son 50 ilinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdı. 1960-cı illərdə Azərbaycan keçmiş ittifaq respublikaları arasında ən geridə qalan respublikalardan biri idi. Ancaq Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə müasir tariximizdə dönüş baş verdi. Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə seçilməsi tariximizin dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə milli inkişafın və intibahın əsası qoyuldu.

 

Bu gün Azərbaycanın Heydər Əliyev siyasətinin uğurlarını yaşadığını deyən İ.Gülməmmədova söyləyib ki, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün əldə etdiyimiz nailiyyətlər Heydər Əliyev siyasətinin nəticəsidir. Bütövlükdə, Azərbaycanın uğurlu inkişafının təməlində Heydər Əliyev siyasəti dayanır. Bu, elə bir siyasətdir ki, onun əsasında Azərbaycan bundan sonra da uzun illər öz yüksəlişini təmin edəcək. Azərbaycan daha da qüdrətlənəcək, möhkəmlənəcək, xalqımızın milli həmrəyliyi daha da güclənəcək, ölkəmizin dünya birliyində mövqeləri artacaq.

 

Yığınçaqda Millət vəkili Musa Quliyev, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, Bakı Mühəndislik Universitetinin kafedra müdiri Sabir Orucov və Yeni Azərbaycan Partiyası Abşeron Rayon Gənclər Birliyinin sədri Elnur Mirzəyev çıxış edərək qeyd ediblər ki, Heydər Əliyevin hakimiyyətə gəldiyi gün Azərbaycanın müstəqilliyə gedən yolunun əsası qoyulub: “SSRİ-də iqtisadi inkişaf baxımından sonuncu yerdə olan Azərbaycan Heydər Əliyevin hakimiyyəti illərindən ilk yerlərdə qərarlaşıb. Azərbaycan sürətlə inkişaf etdi və Sovetlər İttifaqının ən qabaqcıl ölkələrindən birinə çevrildi, Azərbaycan yüksək zirvələrə qalxdı. Heydər Əliyev Azərbaycan xalqını ayağa qaldırdı, rifahını yaxşılaşdırdı. Ona görə də 15 iyun 1993-cü il Azərbaycan xalqının tarixində şanlı səhifələrdən biridir. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədiyyətə qədər davam etməsi üçün bir yol müəyyənləşdirdi. Bu yol bu gün övladı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dünyada hörmətlə qarşılanan Azərbaycan Heydər Əliyevin seçdiyi yolun nə dərəcədə uğurlu yol olduğunu göstərir. Azərbaycan müxtəlif dinlərin və xalqların nümayəndələrinin tolerant şəraitdə yaşadığı bir dövlətdir.

 

Çıxışlardan sonra Azərbaycan Respublikası Prezidentinin 2019-cu il , 27 may tarixli , 1205 nömrəli sərəncamı ilə Abşeron rayonunun social-iqtisadi həyatında xususi xidmətləri olan bir neçə şəxs ilk dəfə təsis olunmuş “ Azərbaycan Xalq Cümhüriyyətinin 100 illiyi yubileyi ” medalı ilə təltif olunublar.

 

Sonda rayonun ictimai həyatında səmərəli fəaliyyətində və təhsildə qazandıqları uğurlara görə Bakı Mühəndislik Universitetinin bir neçə tələbəsi Abşeron RİH Başçısının və BMU-nun rəhbərliyinin Fəxri Fərmanı ilə təltif olunublar

 

 

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !