Heydər Əliyev Sarayında Qədim Musiqi Alətləri ansablının konserti keçirilib - +FOTO=8 ( AZpress.AZ - Minə Türksoy )

Heydər Əliyev Sarayında Qədim Musiqi Alətləri ansablının konserti keçirilib +FOTO=8 ( AZpress.AZ - Minə Türksoy )

Qədim musiqi alətləri xalqın tarixi, mədəniyyət və mənəviyyat abidəsidir. Unudulmuş abidələri bərpa etmək, onları yenidən həyata qaytarmaq, tarixin qaranlıq səhifələrini işıqlandırmaq, mənəviyyatımızı, mədəniyyətimizi zənginləşdirmək çox şərəfli və mötəbər bir işdir.
AZpress.AZ Xəbər Agentliyinin məlumatına əsasən bildiririk ki, iyulun 5-də Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblının konsert proqramı keçirilib.İlk öncə ansamblın yaranma tarixi haqqında videoçarx nümayiş etdirilib.
Nəzərinizə çatdırırıq ki, ansambl 1996-cı ildə professor, sənətşünas alim Məcnun Kərim tərəfindən yaradılıb. Qədim Musiqi Alətləri Ansamblı ölkəmizi dünyanın bir çox şəhərlərində uğurla təmsil edib. Hazırda ansamblın bədii rəhbəri və konsertmeysteri xalq artisti Munis Şərifovdur.
Gecədə orta əsr və bəstəkar musiqiləri, xalq mahnıları və şərq musiqiləri səsləndirilib.
Gecənin əsas ifaçıları xalq artisti Teyyub Aslanov və əməkdar artist Nuriyyə Hüseynova olub.
Teyyub Aslanov “Xumar oldum”, “Ay nazlanıb gələn yar”, “Dumanlı təbriz”, “Sənin eşqin edib” və s. xalq mahnılarını, Nuriyyə Hüseynova isə “Sarı glin”, “Reyhan”, “Gül açdı”, “Atlanıb keçdim” xalq mahnılarını, “Dəsti təsnifi”ni və xalq arasında sevilən bir çox digər mahnıları ifa edib. İki saat yarım baş tutan sonuncu konsertlə Heydər Əliyev Sarayı yay tətilinə yollanıb.
Aldığımız məlumata əsasən bildiririk ki, Qədim Musiqi Alətləri ansamblı öz musiqi sevərlərini yenidən konsert proqramı ilə sevindirəcək. Rəngarəng proqramla çıxış edən ansambl Qədim Azərbaycan musiqisini və musiqi alətlərini qorumağa xidmət edən ən gözəl nümunədir.


AZpress.AZ,Minə Türksoy. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !