PERFORMANCE adlı rəsm sərgisi keçirilib - + FOTOLAR ( AZpress.AZ - İ.Nəriman)

“PERFORMANCE” adlı rəsm sərgisi keçirilib + FOTOLAR ( AZpress.AZ - İ.Nəriman)

23 iyun 2019-cu il tarixində Azərbaycan Milli İncəsənət Müzeyində KamART İncəsənət Qalereyasının dərnək üzvlərinin 2018-2019-cu tədris ili ərzində görülən yaradıcılıq işlərindən ibarət “PERFORMANCE” adlı rəsm hesabat sərgisi keçirililmişdir.
Sərgidə kağız, kətan və ipək üzərində işlənilmiş təsviri sənətin müxtəlif janr və texnikalarında olan 33 iştirakçının 150-yə yaxın müxtəlif mövzuları əhatə edən rəsm əsərləri nümayiş olunmuşdur.
Sərginin təşkilində və bilavasitə hər bir əsərin yaranmasında böyük rolu olan bədii rəhbər, eyni zamanda Qalereyanın təsisçisi və direktoru Kəmalə xanım Cəfərzadə 21 illik pedaqoji fəaliyyətlə məşğuldur. 5-17 yaşlı uşaq və gənclərimizə təsviri sənətin tədrisini aşılamaqla yanaşı bir çox uşaqların respublika və beynəlxalq arenalarda iştirakını təmin etməklə bu sənətə öz tövhəsini verir.
Sərgidə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Xalq rəssamı Arif Hüseynov, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və səfirlik nümayəndələri iştirak etmişlər.
Sərginin keçirilməsində məqsəd – uşaq və gənclərdə yaradıcı qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək, milli-mənəvi dəyərlərimizi tərənnüm etməyi öyrətmək, istedadlı, intellektual uşaqları üzə çıxarmaq, onların asudə vaxtlarını düzgün təşkil etməkdən ibarətdir.
Sərginin qiymətləndirilməsi baxımından dərnək üzvləri iştiraka görə diplom və hədiyyələrlə təltif olunmuşlar. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !