Azərbaycanlı fotoqraflar dünyada 14-cü oldular, 1 mükafat qazandılar - (+FOTOLAR)

Azərbaycanlı fotoqraflar dünyada 14-cü oldular, 1 mükafat qazandılar (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə iki ildə bir dəfə baş tutan “28-ci FIAP Rəngli Biennal” adlı beynəlxalq foto müsabiqə keçirilib.

Cari ilin yanvar-mart aylarında FIAP-ın himayədarlığı altında İspaniyada keçirilən federasiyalararası foto müsabiqənin nəticələri məlum olub. Müsabiqəyə dünyanın 45 ölkəsindən 1118 foto təqdim olunub. Qaydalara görə, hər bir ölkə (federasiya) özünün təyin etdiyi mövzular üzrə yalnız rəngli olmaq şərti ilə iki kateqoriyada – rəqəmsal şəkildə 20, çap şəklində isə 10 foto təqdim edə bilərdi.

Qiymətləndirmə prosesi fotoların fərdi və ümümi qrup şəklində olmaqla iki mərhələdə aparılıb. Ən çox bal toplayan federasiyaya FIAP-ın kuboku, iki, üç və dördürcü yerlərə isə müvafiq olaraq FIAP-ın qızıl, gümüş və bürünc medalları təqdim olunacaq. 5-10-cu yerlərin sahibləri isə FIAP-ın xüsusi lentlərini qazanır. Eyni zamanda hər federasiyada birinci yerdə qərarlaşan müəlliflərə xüsusi mükafatlar təqdim ediləcək. Fərdi şəkildə olan qiymətləndirmə zamanı hər kateqoriya üzrə ən yüksək bal toplayan müəlliflər isə Beynəlxalq Foto Sənəti Federasiyası və Kataloniya Fotoqrafiya Federasiyasının medallarını əldə edəcəklər. Yarışmanın hər bir iştirakçısına PDF və çap şəklində müsabiqənin kataloqu göndəriləcək. Mükafatlandırma mərasiminin bu ilin noyabr ayının 2-də Andorrada keçirilməsi nəzərdə tutulur.

Azərbaycanı ilk dəfə bu yarışmada 22 fotoqrafla ArtFaktor Foto Agentliyi təmsil edib. Əksəriyyəti “Gilavar” Azərbaycan Foto Klubunun, eləcə də Azərbaycan Fotoqraflar Birliyinin üzvlərindən ibarət peşəkar fotoqraflar tərəfindən idman (rəqəmsal) və uşaqlar (çap) mövzuları üzrə 30 foto təqdim edilib. Çap və rəqəmsal fotoların fərdi qiymətləndirməsi zamanı həmyerlilərimiz müvafiq olaraq 102 və 226 bal toplayıblar. Fərdi qiymətləndirmədə Ramil Zeynalovun “Mən qalibəm” (“I am winner”) fotosu Kataloniya Fotoqrafiya Federasiyasının mükafatını qazanıb. Ümumilikdə əldə olunan balların sayəsində fotoqraflarımız müsabiqədə 14-cü yerə layiq görülüblər.

Qeyd edək ki, Beynəlxalq Foto Sənəti Federasiyası dünyada YUNESKO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Hazırda Azərbaycanda FIAP-ın fəxri adlarına layiq görülən 3 fotoqraf var.

Azərbaycan fotoqrafiyasını dünya foto müsabiqəsində təmsil edən fotoqraflar və onların çalışdığı yerləri təqdim edirik:

Abbasov Kərim (PrimeTime)
Abdullayev Fəxrəddin (Vergilər Nazirliyi)
Babayev Tofiq (AZƏRTAC)
Cavadova Nadejda (Azərbaycan Fotoqraflar Birliyi)
Cəfərov İlqar (AZƏRTAC)
Əzimov Orxan (Müstəqil fotoqraf)
Həsənov Babək (Azərbaycan Fotoqraflar Birliyi)
İbadov Vüqar (Bakı Media Mərkəzi)
İbrahimov Azər (AZƏRTAC)
İsmayılov Roman (AZƏRTAC)
Kərimov Əziz (Müstəqil fotoqraf)
Mehdiyev Rəşad (AZƏRTAC)
Məhərrəmov Rüstəm (Təbiət fotoqrafı)
Məmmədov Aydın (AZƏRTAC)
Mikayılzadə Ayaz (Azərbaycan Fotoqraflar Birliyi)
Mustafayev Zaur (Trend)
Nəcəfov Dilavər (“İdman” qəzeti)
Qəniyev Elxan (Kənd Təsərrüfatı Nazirliyi)
Rəhimov Rəsul (Anadolu Agentliyi)
Sərdarov Şahin (Azvision)
Xlızov Valeriy (Azərbaycan Gimnastika Federasiyası)
Zeynalov Ramil (oxu.az)

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

                              

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

                               

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !