Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalist öldürülüb - (+FOTOLAR)

Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalist öldürülüb (+FOTOLAR)

Mərkəzi Afrika Respublikasında 3 rusiyalı jurnalist qətlə yetirilib.
AZƏRTAC Ria Novosti agentliyinə istinadla xəbər verir ki, BMT-nin bu ölkədə sülhyaratma missiyası (MINUSCA) Sibuta şəhərindən 33 km şimalda bir avtomobilin içərisində çoxsaylı güllə yarası ilə 3 kişi cəsədi aşkarlayıb.

Bir sıra Rusiya və dünya KİV-lərinin bildirdiyinə görə, qətlə yetirilənlər sənədli film çəkmək məqsədilə Mərkəzi Afrika Respublikasına getmiş rejissor Aleksandr Rastorquev, operator Kirill Radçenko və Azərbaycan əsilli rusiyalı jurnalist Orxan Camaldır.

Qətlin motivləri hələ dəqiq məlum deyil.

Qeyd edək ki, O. Camal Rusiya İslam Komitəsinin sədri, əslən azərbaycanlı din xadimi və ilahiyyatçı filosof Heydər Camalın oğludur. H.Camal uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib və Almatıda dəfn olunub. 

 

                                                                                   ***

 

Orxan Camal və oğlu.
Qəbələ, Nohurgöl, 17.03.2017.
Azərbaycana son gəliş.
Allah sənə rəhmət eləsin, Qardaş...Şakir Eminbəyli

 

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !