Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin bazasında olublar. -

Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Hərbi Hava Qüvvələrinin bazasında olublar.

 Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri oktyabrın 17-də Hərbi Hava Qüvvələrinin aviabazasında olublar.
17 ölkəni təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə, onun yaranma tarixi barədə ümumi brifinq təqdim edilib. Aviabazada qonaqlar şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, əsgər yeməkxanaları, yataqxanalar, məşğələ otaqlarına baş çəkiblər. Silahlanmada olan aviasiya vasitələri ilə tanış olan qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərini də izləyiblər.
Zabit yeməkxanasında nahar edən hərbi attaşelər hərbi hissədə yaradılmış xidmət və məişət şəraitindən, döyüş hazırlığı və tədrisin səviyyəsindən məmnun qalıblar.
Qonaqlar səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !