"Youth Inc" Proqramı çərçivəsində təlimlər keçirilmişdir. -

"Youth Inc" Proqramı çərçivəsində təlimlər keçirilmişdir.

DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) və Coca-Cola şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə “Youth Inc.” (“Gənclər Korparasiyası”) proqramı çərçivəsində gənclər üçün pilot layihəsini davam etdirir.

Layihə paytaxtda və digər böyük şəhərlərdə yaşayan gənclərə biznes və sahibkarlıq haqqında kifayət qədər bilik və bacarıqların verilməsinə, gənclərin biznes yaratması üçün real imkanlar yaradılmasına imkanlar təqdim edir. Yaradılmış Biznes Klublar çərçivəsində gənclər artıq peşəkar sahibkarlarla, biznesmenlərlə daimi ünsiyyətdə olacaqlar, vergilər sistemi, biznes-kreditlər sistemi və s. haqqında ətraflı məlumatlandırılacaqlar.

Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində 900 nəfər üçün silsilə təlimlər və seminarlar keçirilməsi nəzərdə tutulmuşdur və artıq 30 təlimçidən ibarət olan komandalar tərəfindən adı çəkilən şəhərlərdə 905 gənci əhatə edən 37 təlim keçirilmişdir. Qeyd edək ki, layihəyə çərçivəsində fiziki qüsurlu gənclər də cəlb edilmişdir və yaranan imkanlardan yararlanmışdır. Bununla layihənin məqsədlərindən birinə nail olunmuşdur. Təlimlər mütəxəssislər və təcrübəli sahibkarlar tərəfindən hazırlanmış 30 nəfərdən ibarət komanda tərəfindən həyata keçirilir. Gənclər tərəfindən təlimlərə böyük marağın olmasını nəzərə alaraq, silsilə təlimlər may ayında da davam etdiriləcək.

Layihənin növbəti mərhələsi olaraq 4 “Gənclərin Sahibkarlıq Klubları” açılması planlaşdırılır ki (Sumqayıt - 27.04.13, Gəncə - 15.05.13, Şəki - 17.05.13, Bakı - 24.05.13). Hal-hazırda işgüzar görüşlər, informasiya turları, təqdimatlar daxil olmaqla gənclər üçün silsilə tədbirlər keçirilir.

Sözügedən layihə bu ilin may ayında yekunlaşacaq və pilot layihənin nəticələrinə uyğun olaraq proqram genişləndiriləcək.

Proqram «Youth Inc», DVC, «Coca -Cola» və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə - gənclərin yeni sahibkarlıq dəstəyidir. Biznes Gənclər proqramları çərçivəsində yaradılan Klublar — bu, yalnız netvorkinq üçün deyil, həmçinin də yaxın gələcəkdə effektiv biznes-inkubatorların və sabit gənclər şirkətlərinin qurulması üçün bazadır.
Əlavə məlumat əldə etmək və iştirakçı anketini doldurmaq üçün layihənin web saytına (www.youthinc.dvc.az) daxil ola və yaxud telefonla əlaqə saxlaya bilərsiniz.
Telefon: 012 497 08 46 (əlaqələndirici şəxs Ülvi Mövsümzadə)

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !