İlham Əliyev Dövlət Bayrağı Meydanı və İdman-Konsert Kompleksində inşaat işlərinin gedişi ilə tanış olmuşdur -

İlham Əliyev Dövlət Bayrağı Meydanı və İdman-Konsert Kompleksində inşaat işlərinin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanı, onun ətrafında görülən abadlıq, quruculuq tədbirləri və İdman-Konsert Kompleksində həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olmuşlar.

Dövlət başçısına layihə üzrə görülən işlər barədə məlumat verildi. Qeyd edək ki, Bakı-Ələt avtomobil yolunun Dövlət Bayrağı meydanınadək hissəsi 8 zolaqdan ibarət olacaq və ən müasir standartlara cavab verəcəkdir. Burada rahat gediş-gəlişi təmin etmək məqsədi ilə yol boyu piyada keçidlərinin inşa olunacağı nəzərdə tutulub.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanında və onun ətrafında həyata keçirilən abadlıq və quruculuq işlərinə də baxdılar. Dövlət başçısı və xanımı ərazidə inşa olunan İdman-Konsert Kompleksində aparılan tikinti işlərinin gedişi ilə də tanış oldular.

İnşaat işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev həyata keçirilən tədbirlərlə bağlı müvafiq tapşırıqlarını verdi.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !